Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi açıqlamasında deyib: Sionist rejimə aid gəmilərin Qırmızı dəniz, Bab əl-Məndəb, Ədən körfəzi və Ərəbistan dənizindən keçməsinin qarşısının alınması qərarı icra mərhələsinə daxil olub.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah hərəkatının lideri əlavə edib: Elan edilmiş əməliyyat bölgəsindən keçən istənilən İsrail gəmisi hədəfə alınacaq və bu, zəruri addım və mövqedir.
O əlavə edib: Sionist düşmənin yardımların Qəzzə zolağına daxil olmasının qarşısını almaq və keçidləri bağlamaq hərəkəti bu bölgənin sakinlərini aclıqdan öldürmək məqsədi ilə həyata keçirilir.
Əl-Husi vurğulayıb: Qəzza zolağının iki milyon sakininin ac qalması böyük cinayət, müharibə cinayəti və insanlığa ziddir.
O, əlavə edib: Ərəb ölkələri və rejimlərinin bu cinayət və məcburi köçün Fələstin xalqına tətbiq edilməsi ilə bağlı susması və hərəkətsizliyi böyük günah və məsuliyyətdən qaçmaqdır.