Livan Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə hücumlarının davamında bu rejimin bir neçə bazası və hərbçilərin toplanma yerlərinə hücum edib.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı bildirib ki, onun döyüşçüləri bu gün səhər saatlarında hücum pilotsuz təyyarələri eskadrilya ilə Ramat David bazası və hava limanına hücum edib və onun hədəflərinə dəqiq zərbələr endirib.
Hizbullahın bəyanatında bu hücumun “Xeybər” əməliyyatının icrası istiqamətində həyata keçirildiyi bildirilir.
Hizbullah həmçinin açıqlayıb ki, bu gün səhər saatlarında onun döyüşçüləri Təl-Əviv ətrafında yerləşən “8200 hərbi kəşfiyyat” bölməsinə aid Gillot bazasını hücum pilotsuz təyyarəsi ilə dəqiq hədəfə alıblar.
Hərəkat həmçinin Yuxarı Əl-Cəlildə sionist qaçqınlar məskunlaşmış “Bar Yohay” qəsəbəsində sionist rejim əsgərlərinin toplaşdığı yerə raket zərbəsi endirdiyini xəbər verib.
Hizbullah döyüşçüləri başqa bir əməliyyatda işğal altındakı Fələstinin şimalında Əl-Malikiyə və işğal altında olan Safed qəsəbələrində sionist əsgərlərin toplaşdığı yerləri hədəfə alıblar.
Bu gün sionist rejimin Təl-Əvivin cənubundakı “Belmahim” hava bazası da Hizbullah döyüşçülərinin hədəfinə çevrilib.