İran İsrailin Yəmənə hücumlarını pisləyib

İran İsrailin Yəmənə hücumlarını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrailin Hüdeydə limanına və Yəmənin digər infrastrukturlarına qarşı hərbi təcavüzünü kəskin şəkildə pisləyib və bunu açıq cinayət və beynəlxalq hüququn prinsip və qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Regionda təhlükəsizliyin yayılmasının qarşısını almağın yeganə yolu Qəzzada sionist rejimin soyqırımı və cinayətlərinin dayandırılması və sionist rejimin cinayətkarlarının cəzasız qalmasına son qoymaqdır.

Xəbəri paylaş

VİDEOLAR