İsrail Qəzzada hər gün 100 mülki vətəndaşı şəhid edir

İsrail Qəzzada hər gün 100 mülki vətəndaşı şəhid edir

Fələstin rəhbərliyi sionist İsrailin Qəzza zolağında dinc əhaliyə qarşı ağır hücumlarını davam etdirdiyini və hər gün 100 nəfərin çadırlarda və küçələrdə həyatını itirdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin BMT-dəki nümayəndəliyi qatil İsrailin Qəzza zolağında dinc əhaliyə qarşı həyata keçirdiyi hücumların miqyasını təəccüblü rəqəmlərlə açıqlayıb. Missiya vurğuladı ki, İsrail qüvvələri hər gün çadırlarda və açıq ərazilərdə 100 mülki şəxsin öldürülməsinə səbəb olur.

Fələstinin BMT-dəki daimi nümayəndəsinin müavini, səfir Məcid Bamiyə BMT Təhlükəsizlik Şurasının sessiyasında 2023-cü il oktyabrın 7-dən davam edən və son günlər daha da şiddətlənən sionist İsrailin soyqırımı ilə bağlı açıqlama verib.

Bamiyə deyib: "Aclıqdan müharibə silahı olaraq istifadə edən, evləri və xəstəxanaları dağıtan işğalçı (İsrail) hər gün çadırlarda və küçələrdə 100 mülki vətəndaşı qətlə yetirir".

Soyqırım törədən İsrailin Qəzzada fələstinliləri aclıq və öldürmə ilə yanaşı onlara “işgəncə vermək” üçün də humanitar yardımlardan istifadə etdiyinə diqqət çəkən Bamiyə, İsrailin Qəzzada fələstinliləri “bölgənin cəmi 16 faizi ilə” məhdudlaşdırdığını vurğuladı.

Qəzzanın dünyanın ən sıx məskunlaşdığı bölgəyə çevrildiyini bildirən Bamiyə, İsrailin "Qəzzadakı fələstinliləri torpaqlarını tərk etməyə məcbur etdiyini" qeyd edib.

Dünya səviyyəsində Qəzzaya dəstək verildiyini dilə gətirən Bamiyə əlavə edib ki, məsul olanlar cavab verməli və həll yolu “paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasıdır”.

Qatil İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 56.531 fələstinli həyatını itirib, 133.642 nəfər isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR