"İsrail öz gəmilərini hədəfimizdən yayındırmaq üçün başqa adlarla qeydiyyatdan keçirir"

Yəmən silahlı qüvvələrinin sözçüsü açıqlamasında bildirib ki, sionist rejimə bağlı nəqliyyat şirkətlərinin səhmlərinin başqa şirkət və ya tərəflərə verilməsi Yəmənin bu şirkət və ya gəmilərə qarşı cəza tədbirlərinə heç bir təsir göstərməyəcək.

Az.rasthaber.com xəbər verir ki, Briqada generalı Yəhya Səri əlavə edib: Əldə etdiyimiz məlumata görə, sionist gəmiçilik şirkətlərindən bəziləri öz səhmlərini və ya mallarını başqa gəmiçilik şirkətlərinə satıb və ya başqa adlar altında qeydiyyatdan keçiriblər.

O əlavə edib: Bu hərəkət Yəmən silahlı qüvvələrinin bu gəmi və ya şirkətlərə qarşı cəza tədbirlərini aldatmaq və yan keçmək üçün edilib.
Səri deyib: Yəmən silahlı qüvvələri bu gəmilərin mülkiyyətində olan bu dəyişiklikləri və ya sionist rejim gəmilərinin bayrağının dəyişdirilməsini tanımır və bu rejimin şirkətləri və gəmiləri ilə hər hansı əməkdaşlıqdan çəkindirir, çünki onlar cəza tədbirlərinə yönəlib. Onların Yəmən Silahlı Qüvvələrinin əməliyyat bölgəsindən keçməsi qadağandır.

Xəbəri paylaş

VİDEOLAR