İsrail tərəfi Qəzza sektorundakı atəşkəsi və humanitar protokolu pozur.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzza sektoru hökumətinin mətbuat katibi İsmayıl əs-Səvabta məlumat verib.
“İşğalçı (İsrail) ordu(su) atəşkəs rejimini 270 dəfən çox pozub”, – deyə o qeyd edib.
Pozuntu faktlarına İsrailin Qəzzada keçirdiyi reydlər, törətdiyi atışmalar, evləri dağıtması, həmçinin bombardmanlar da daxildir.
Bundan başqa, İsrail həmçinin humanitar protokolun şərtlərini də pozub – yanacağın, humanitar yardımın və ağır texnikanın Qəzzaya daxil olmasına imkan verilmir. İsral tərəfi xəstəxanaların və mülki müdafiə xidməti obyektlərinin bərpasına imkan vermir, həmçinin tibbi avadanlıqların, təcili yardım maşınlarının və insanların müvəqqəti yerləşdirilməsi üçün çadırların gətirilməsinə də məhdudiyyətlər tətbiq edir.
Xatırladaq ki, atəşkəs rejimi 19 yanvardan qüvvəyə minib.