İşğalçı İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubundakı Şeba qəsəbəsində bir evə hava zərbəsi endirib.
Az.rasthaber.com xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, hücumda evdə olan bir nəfər ağır yaralanıb.
Livan Qızıl Xaç Cəmiyyəti tərəfindən xəstəxanaya aparılan şəxsin son vəziyyəti ilə bağlı məlumat verilməyib.
Sionist İsrail ilə Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minmiş atəşkəsə baxmayaraq, qatil İsrail ordusunun Livanın cənubuna havadan və qurudan hücumları demək olar ki, hər gün davam edir.
Atəşkəs qüvvəyə mindiyi vaxtdan sionist İsrail təxminən 3000 pozuntuya yol verib və ən azı 213 nəfər şəhid olub, 508 nəfər yaralanıb.