İrəvani: İran terrorizmlə mübarizədə Suriya hökuməti və xalqını dəstəkləməkdə qətiyyətlidir

İrəvani: İran terrorizmlə mübarizədə Suriya hökuməti və xalqını dəstəkləməkdə qətiyyətlidir

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranın Suriyadakı vəziyyətin gərginləşməsi ilə bağlı "dərin narahatlığını" ifadə edərək bildirib: İran İslam Respublikası terrorizmə qarşı ədalətli və qətiyyətli mübarizədə Suriya hökuməti və xalqını dəstəkləməkdə qətiyyətlidir.

Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani çərşənbə axşamı yerli vaxtla axşam saatlarında Təhlükəsizlik Şurasının Suriyadakı son hadisələrlə bağlı fövqəladə iclasında əlavə edib: İran Suriyanın suverenliyinin geniş dağıntılara, xaosa və iztirablara səbəb olan Heyət Təhrir əl-Şam kimi qruplaşmalarla mübarizə aparmaq və onh məhv etmək hüququnu tam tanıyır və dəstəkləyir. 

İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı deyib: İran İslam Respublikası Suriyada vəziyyətin gərginləşməsindən dərin narahatlığını bildirir. Son hadisələr, xüsusilə Əl-Qaidənin bir qolu olan, Cəbhət ən-Nusra kimi tanınan Heyət Təhrir əş-Şamın koordinasiyalı terror əməliyyatları Suriyanın suverenliyi və sabitliyinə ciddi təhdidlər yaradıb. 

İrəvani əlavə edib: "Heyət Təhrir əş-Şam”ın əməliyyatlarının miqyası və mürəkkəbliyi, o cümlədən qabaqcıl silahlar və pilotsuz təyyarələrdən istifadə, terroru siyasi məqsədlərə nail olmaq üçün xarici siyasətində alətə çevirən ABŞ başda olmaqla, məqsədyönlü şəkildə həyata keçirilən xarici dəstəyi göstərir. 

İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri vurğulayıb: Bu münaqişənin genişlənməsinə cavabdeh olan ölkələr öz hərəkətləri və Suriya xalqı üzərində törətdikləri dağıdıcı nəticələrə görə cavab verməlidirlər. 

İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri deyib: İran İslam Respublikası terrorizmlə ədalətli və qətiyyətli mübarizədə Suriya hökuməti və xalqını dəstəkləməkdə qətiyyətlidir.

Xəbəri paylaş

VİDEOLAR