İrandan Səudiyyə Ərəbistanına yazılı mesaj

İrandan Səudiyyə Ərəbistanına yazılı mesaj

İranın xarici işlər naziri Əraqçının Səudiyyə Ərəbistanı xarici işlər nazirinə yazdığı yazılı mesaj İranın Ər-Riyaddakı səfiri tərəfindən Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavininə çatdırılıb.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçının Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhana yazdığı yazılı mesaj İranın Ər-Riyaddakı səfiri Əli Rza İnayəti tərəfindən Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Hüreyciyə çatdırılıb.

Mesajda iki ölkə arasında münasibətlər və bu əlaqələrin bütün sahələrdə necə inkişaf etdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Görüş Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin binasında baş tutub. İran səfiri və Səudiyyə Ərəbistanının nazir müavini ikitərəfli əlaqələr və tərəfləri maraqlandıran müxtəlif məsələləri də müzakirə ediblər.

Xəbəri paylaş

VİDEOLAR