İran İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general-mayor Hüseyn Səlami Hərbi Dəniz Qüvvələrinə aid yeraltı PUA anqarlarından birinin tanıtımı üçün təşkil edilən proqramda çıxış edərək, PUA bazasının görüntülərini paylaşaraq ABŞ-ı hədələyib.
Az.rasthaber.com xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusu yeni inşa edilən yeraltı pilotsuz uçuş aparatının (PUA) bazasının görüntülərini paylaşıb.
İran dövlət televiziyasının məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə məxsus yeraltı PUA anqarlarından biri SEPAH-ın baş komandanı general-mayor Hüseyn Səlaminin iştirakı ilə təqdim edilib.
Mərasimdə çıxış edən Səlami, yeri dəqiqləşdirilməyən baza ilə bağlı bunları deyib: "Bu, müdafiə doktrinamızın prinsipidir. Düşmənimizin maraq və hədəflərimizə zidd hərəkət etdiyi hər nöqtədə düşmənimizin maraqları olduğu o nöqtəni və digər nöqtələri hədəf alıb vururuq".
Dövlət televiziyasında yayımlanan görüntülərdə bazada yerləşdirilən “Şəhid-129”, “Ebabil-5” və “Muhacir-6” tipli müxtəlif kəşfiyyat, döyüş və kamikadze PUA-lar görünüb.
Digər tərəfdən dövlət televiziyası ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə gəmiləri və döyüş gəmilərinin Fars körfəzində İnqilab Keşikçiləri Korpusuna aid PUA-lar tərəfindən izlənilməsinin görüntülərini də paylaşıb.