İranın cənubundakı Bəndər Abbas şəhərində Şəhid Rəcai Limanında baş verən partlayışla bağlı aparılan araşdırmaların ilk nəticələri açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, Şəhid Rəcai Limanı Qəzasının Səbəblərini Araşdıran Komitənin bəyanatında aşağıdakı ifadələr yer alıb:
''Təhlükəsizlik və mülki müdafiə qaydalarına əməl edilmədiyi sübuta yetirilib.
Deklarasiya olunan mallarda bəzi uyğunsuzluqlar var. Ədliyyə və polis bölmələri cinayətkarları axtarır.
Sözügedən partlayışın əsl səbəbini müəyyən etmək üçün hadisənin müxtəlif aspektləri hərtərəfli və tam nəzərdən keçirilməlidir. Bunun nəticələri yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
“Hadisəyə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunacaq”.
Aprelin 26-da günorta saatlarında İranın cənubunda Fars körfəzi sahilində yerləşən Bəndər Abbas limanında şiddətli partlayış baş verib. Limanda bəzi konteynerlərin partlaması nəticəsində baş verən hadisədə ölənlərin sayının 70-ə çatdığı sonuncu dəfə açıqlanıb.