İran yeni super-ağır “Qəzza” PUA-sını təqdim edib

İran yeni super-ağır “Qəzza” PUA-sını təqdim edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Aerokosmik Qüvvələri yeni super-ağır PUA-sını təqdim edib.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, “Qəzza” adlı pilotsuz uçuş aparatının imkanları da açıqlanıb.

Yeni yerli PUA-nın qanadlarının uzunluğu 22 metrdir, uçuş çəkisi isə 3 100 kq təşkil edir.

O, 35 saat hava qala bilir. “Qəzza” PUA-sının kreyser sürəti 350 km/s-dir.

Sözügedən PUA ən azı 500 kq yük qaldıra və 13-dək bomba daşıya bilir.

Onun uçuş məsafəsi 1 000 km-dir, fəaliyyət radiusu isə 4 000 km-dir.

Xəbəri paylaş

VİDEOLAR