İran yeni hipersəs raketini tanıdıb

İran yeni hipersəs raketini tanıdıb

İran yeni hipersəs raketlərini tanıdıb.

Az.rasthaber.com xəbər verir ki, İranda müqəddəs müdafiə həftəsi ilə əlaqədar paytaxt Tehranda İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) məqbərəsi önündə hərbi parad keçirilib.

Paradda İnqilab Keşikçiləri Aerokosmik Qüvvələrinin yerli istehsal olan “Fettah” hipersəs raketi nümayiş etdirilib. “Fettah” raketi texnologiyasına görə müxtəlif istiqamətlərdə və müxtəlif hündürlüklərdə hərəkət etdiyi üçün heç bir raketlə məhv edilə bilməz. 13 Mach sürəti və 1400 km mənzili olan "Fettah" raketi hədəfi dəqiq vurmaq qabiliyyətinə malikdir.

Xəbəri paylaş

VİDEOLAR