İran Trampın təhdidlərini qlobal şəkildə pisləməyə çağırıb

İran Trampın təhdidlərini qlobal şəkildə pisləməyə çağırıb

İran Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini ABŞ prezidentinin İran İslam Respublikası əleyhinə açıqlamalarının beynəlxalq forumlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən pislənməsini istəyib.

Az.rasthaber.com xəbər verir ki, bu sözləri Məcid Taxt Rəvançi aprelin 3-də Rusiya Xarici İşlər Nazirliyinin evsahibliyi ilə Moskvada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iclasında deyib.

 

Təxt Rəvançi bu iclasda ABŞ prezidentinin son zamanlar İran İslam Respublikasına qarşı güc tətbiq etmək hədəsinə işarə edib, onun açıqlamalarını təhlükəli və beynəlxalq hüququn fundamental prinsiplərinə və ölkələrin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı gücdən istifadəni qadağan edən BMT Nizamnaməsinə zidd adlandırıb.

 

İran Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini İranın BMT Təhlükəsizlik Şurasından bu açıqlamaları pisləmək tələbinə də toxunaraq, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün Şanxay Əməkdaşlıq Təşkilatını da ABŞ-ın bu yanaşmasını pisləməkdə oxşar mövqe nümayiş etdirməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR