İran: Silahlı qüvvələr hər zaman tam hazır vəziyyətdədir

İran: Silahlı qüvvələr hər zaman tam hazır vəziyyətdədir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin koordinasiya üzrə komandir müavini deyib: İran İslam Respublikasının silahlı qüvvələri hər zaman tam hazırlıq vəziyyətindədir.

Az.rasthaber.com xəbər verir ki, Briqada generalı İrəc Məscidi bazar ertəsi səhər şəhid general-mayor Abbas Nilfuruşanın pak cənazəsinin qarşılanma mərasimində insanların izdihamlı iştirakı ilə bağlı deyib: Biz ömrümüzün sonuna qədər şəhidlərin yolundayıq və onların yolu, məktəbi davam edəcək.

O, bu izdihamlı iştirakın müqavimət, duruş və şəhadət istəmək mesajını ehtiva etdiyini bildirib və əlavə edib: Bu şəhadətlərlə geri çəkilməyəcəyik və o əziz şəhidlərin, Fələstin və Livanın məzlum xalqının qanının qisasını sionist düşməndən alacağıq.

Xəbəri paylaş

VİDEOLAR