İran Qəzzada daimi atəşkəsə və fələstinli işçilərə iqtisadi dəstək verməyə çağırıb

İran Qəzzada daimi atəşkəsə və fələstinli işçilərə iqtisadi dəstək verməyə çağırıb

Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrədə keçirilən iclasında İran İslam Respublikasının nümayəndəsi Fələstində fəlakətli humanitar vəziyyətdən dərin narahatlığını ifadə edərək, Qəzzə zolağında daimi atəşkəsə, işğalçılığa son qoymağa, fələstinlilərə qarşı bütün iqtisadi və ticarət məhdudiyyətlərinin aradan qaldırılmasına çağırıb.

Az.rasthaber.com xəbər verir ki, İranın Cenevrədəki daimi nümayəndəsinin müavini Məhdi Əliabadi cümə axşamı (13 mart) təşkilatın idarə heyətinin 353-cü iclasında Fələstindəki fəlakətli humanitar vəziyyətdən dərin narahatlığını ifadə edərək, işğal olunmuş ərazilərdə iqtisadi vəziyyət və əmək bazarı ilə bağlı şok edici statistika təqdim edib, beynəlxalq ictimaiyyəti fələstinlilərə dəstək üçün təcili tədbirlər görməyə çağırıb.

 

O, “İşğal olunmuş Ərəb Əraziləri üzrə Genişləndirilmiş Əməkdaşlıq Proqramının İzlənməsi” adı altında keçirilən iclasda Fələstin ÜDM-nin 28% azalmasına, Qəzzədə görünməmiş işsizlik nisbətinin 79,7 faiz və İordan çayının qərb sahilində 34,9 faiz olduğuna, Qəzzədə özəl sektorda iş yerlərinin 95%-nin (təxminən 175,500 iş yeri) itirilməsinə və təxmini zərərin 49 milyard dollar olmasına işarə edib. 

 

M. Əliabadi qeyd edib ki, bu ərazilərin yenidən qurulması xərcləri 53 milyard dollardan çox qiymətləndirilir.

 

İranın daimi nümayəndəliyinin müavini 2025-ci il yanvarın 19-da elan olunmuş atəşkəsə toxunaraq, daimi atəşkəsə, mülki əhali arasında itkilərin dərhal dayandırılmasına, işğala son qoyulmasına və fələstinlilərə qarşı qoyulan iqtisadi və ticarət məhdudiyyətlərinin tamamilə aradan qaldırılmasına çağırıb.

Xəbəri paylaş

VİDEOLAR