Bu gecə İranın paytaxtı Tehranda və bəzi digər bölgələrdə bir neçə güclü partlayış səsləri eşidilib.
Rasthaber xəbər verir ki, yYerli mənbələrin məlumatına görə, hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və səma obyektlərinə qarşı cavab tədbirləri görülüb.
İlkin olaraq partlayışların səbəbi bilinməsə də, bəzi mənbələr hadisənin İsrailin İrana qarşı hava hücumu ilə əlaqəli olduğunu bildirib.
Məlumata görə, hücum zamanı SEPAH komandanı Hüseyn Səlami, SEPAH generalı Qulaməli Rəşid və daha iki yüksək rütbəli şəxs həyatını itirib.
Digər məlumata görə, İsrail hücumları zamanı SEPAH qərargahı da hədəf alınıb.