Yəmən Ənsarullah Hərəkatının sionist rejimə aid gəmilərinin Qırmızı dənizdən keçməsinə qoyulan qadağaları bərpa etmək barədə bəyanatının ardınca HƏMAS verdiyi bəyanatda bu hərəkəti Yəmən xalqı və hökumətinin müqavimətə və Fələstin xalqına dəstək verən həqiqi mövqeyini əks etdirməsi kimi qiymətləndirib.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS bu bəyanatda Yəmənin işğalçı rejim gəmilərinin keçməsinin qarşısını almağa davam etməkdə tutduğu mövqeyi təqdir edərək vurğulayıb: “Yəmənin mövqeyi sionist rejimin Qəzzə zolağına qarşı qəddar mühasirəsini qırmaq üçün real təzyiqdir.”
Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyan edib: “Yəmənin bu hərəkəti Yəmən xalqı və hökumətinin ədalətli mövqeyini, Fələstin xalqı və müqavimətini dəstəkləmək və müdafiə etmək üçün həqiqi öhdəliklərini nümayiş etdirir.”