Fələstində İslami Müqavimət Hərəkatı (Həmas) bəzi media orqanlarında dərc olunan hərəkatın sionist rejimlə atəşkəs razılaşması üçün irəli sürdüyü iddia edilən şərtləri təkzib edib.
Az.rasthaber.com xəbər verir ki, Həmas bəyanatında bildirib ki, Qəzza zolağında əsir mübadiləsi və atəşkəslə bağlı sionist rejimlə razılaşmanın qəbul edilməsi üçün irəli sürdüyü iddia edilən şərtlər əsassızdır və tamamilə uydurma yalanlarla doludur.
HƏMAS məsələ ilə bağlı belə bir açıqlama verib: “Bu xəbərlər hərəkatımızın mövqeyi ilə heç bir əlaqəsi olmayan açıq yalandır və biz onları tamamilə rədd edirik”.
HƏMAS-ın bəyanatında vurğulanıb ki, bu cür yalan xəbərlərin məqsədi ictimai rəyi sionist rejimin hərbi cinayətlərindən yayındırmaq, HƏMAS və Fələstin müqavimətinə qarşı təhrik etmək və hərəkatın açıq və bəyan edilmiş mövqelərini təhrif etməkdir.
HƏMAS vurğuladı ki, hərəkatın hər hansı razılaşma üçün şərtləri açıqdır və ictimaiyyətə açıqlanır və bu şərtlər işğalçı İsrail rejiminə xidmət edən anonim mənbələr vasitəsilə paylaşılmır.