İsrailin Qəzzaya qarşı soyqırım qırğını davam edərkən, yardımların bir aydır kəsilməsindən sonra bölgədə aclıq böhranı başlayıb. Həmas Qəzzada un ehtiyatlarının tükəndiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS verdiyi açıqlamada un ehtiyatlarının tamamilə tükəndiyini, çörək sexlərinin isə tamamilə bağlandığını açıqlayıb. HƏMAS-ın bəyanatında Qəzzanın müasir tarixin ən dəhşətli humanitar fəlakətlərindən biri olan aclıq dövrünə daxil olduğu bildirilib. “Biz beynəlxalq ictimaiyyəti və onun təsisatlarını humanitar və hüquqi öhdəliklərini yerinə yetirməməkdə günahlandırırıq”, - deyə məlumatda bildirilir. HƏMAS ərəb və İslam dünyasını Qəzzanı aclıq və dağıntıdan xilas etmək üçün təcili tədbirlər görməyə çağırıb.
Qəzzanı bombalamağa davam edən İsrailin sərhəd qapılarını bağlamasından sonra təxminən bir aydır Qəzzaya ərzaq axını tamamilə dayandırılıb.