HƏMAS yaydığı bəyanatda "Əl-Şərq Əl-Avsat" qəzetinin London nəşrinin “Şəhid İzzəddin Əl-Qəssam” Briqadalarının baş komandanı Məhəmməd əd-Deyfin şəhadəti ilə bağlı iddiasını təkzib edib.
Az.rasthaber.comxəbər verir ki, HƏMAS bu bəyanatda bildirib: “Londonun “Əl-Şərq Əl-Avsat” qəzetində HƏMAS hərəkatındakı mənbəyə istinadən Şəhid İzzəddin Əl-Qəssam Briqadalarının baş komandanı, mücahid komandir Məhəmməd əd-Deyfin (Allah onu qorusun) taleyi ilə bağlı yaydığı xəbər doğru deyil.”
HƏMAS əlavə edib: “Biz bir daha bütün medialardan istəyirik ki, öz fəaliyyətlərində dəqiqlik, etibarlılıq və peşəkarlıq ön planda olsun.”
Əl-Şərq əl-Avsat qəzeti bu gün (şənbə) günorta saatlarında HƏMAS-dakı məlumatlı mənbələrə istinadən iddia edib ki, Qəzzə zolağının daxilində və xaricində bu hərəkatın rəhbəri Məhəmməd əd-Deyfin terror edilməsini təsdiqləyən yeni məlumatlar əldə edib.