Livandakı Hizbullah Hərəkatı ABŞ və Böyük Britaniyanın Yəmənin paytaxtı Sənaya endirdiyi hava hücumlarını kəskin şəkildə pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Hizbullah yazılı açıqlamada bu hücumların Yəmən xalqının Fələstin xalqına dəstəyini davam etdirməsinə mane olmaq üçün uğursuz cəhd olduğunu qeyd edib.
Bəyanatda deyilir: “Yəməndə mülki əhalinin və həyati vacib nöqtələrin hədəfə alınması ABŞ hökumətinin əsl və çirkin simasını bir daha ortaya qoydu.
Açıqlamada ABŞ-ın regionda və dünyada ona qarşı çıxan xalqlara qarşı terror və istibdaddan istifadə edən bir dövlət olduğu vurğulanıb və əlavə edilib: “Bu vəhşi hücum müharibə cinayəti və beynəlxalq hüququn pozulmasıdır. Bu həm də İsrailin Qəzza, Livan, Suriya və ABŞ-ın dəstəyi ilə regiona təcavüzü ilə üst-üstə düşür”.
Digər tərəfdən, Fələstin müqavimət təşkilatları ABŞ və İngiltərənin Yəmənə hücumunu pisləyərək bunun beynəlxalq hüququn pozulması olduğunu və İsrailə dəstək demək olduğunu bildiriblər.
ABŞ-ın hücumlarında ölənlərin sayı artır
Yəmən ABŞ və İngiltərənin paytaxt Səna və ölkənin şimalındakı Səada şəhərinə endirdiyi hava hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla 40 nəfərin şəhid olduğunu, 101 nəfərin isə yaralandığını açıqlayıb.
Yəmən martın 7-də sionist İsrailə yardımların Qəzzaya daxil olmasına icazə vermək üçün 4 gün vaxt verdiyini və ya İsrailə qarşı dəniz əməliyyatlarını yenidən başladacağını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp “Truth Social” platforması hesabından verdiyi açıqlamada orduya Yəmənə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.