Hindistandan Pakistana hücumla bağlı bəyanat

Hindistandan Pakistana hücumla bağlı bəyanat

Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar bildirib ki, Hindistan terror aktları ilə təhrik ediləcəyi təqdirdə Pakistana hücum etməyə hazırdır.

Az.rasthaber.com xəbər verir ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar Hindistan-Pakistan gərginliyi ilə bağlı açıqlamalar verib.

Politico-ya danışan Caishankar toqquşmalara səbəb olan şərtlərin dəyişmədiyini bildirib və Pakistanın minlərlə terrorçunu yetişdirdiyini və onları Hindistana buraxdığını iddia edib.

Jaishankar bildirib ki, Hindistan "terror hücumları ilə təhrik edilərsə" Pakistandakı "terror təşkilatları və liderlərinə" hücum etməyə hazırdır.

Xəbəri paylaş

VİDEOLAR