General Hacızadə sionist İsrailin hücumunda şəhid olub

General Hacızadə sionist İsrailin hücumunda şəhid olub

İran İslam İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə sionist İsrailin İrana hücumunda şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hacızadənin şəhadəti ilə bağlı verdiyi açıqlama belədir:

Sionist rejimin İranda İnqilab Keşikçiləri Korpusunun qərargahına həyata keçirdiyi vəhşi və terror hücumu nəticəsində İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin cəsur və tanınmış komandanı, general-mayor Əmir Əli Hacızadə və bu qüvvələrin fədakar və cəsur hərbçilərindən ibarət qrup şəhadət zirvəsinə çatıb.

Bu yorulmaz mücahid sərkərdə xüsusilə 16 illik sərkərdəliyi dövründə Aerokosmik Qüvvələrinə rasional, güclü və qətiyyətlə rəhbərlik edərək həyatını İran İslam Respublikasının çəkindirici qüdrətinin artırılmasına və ölkənin təhlükəsizlik və müstəqilliyinin qorunmasına həsr etmişdir. Hacızadə müqavimət cəbhəsinin nüfuzlu və aparıcı simalarından biri idi və İranın müdafiə və raket sahəsində tərəqqi, yenilik və qüdrət simvollarından biri kimi tanınırdı. O, cihad ruhu, namus, yüksək zəka, təvazökarlıq və səmimiyyətlə bu qüvvəni ölkənin çəkindirmə sisteminin sütunlarından birinə və düşmənlərin gözündə maneəyə çevirmişdi.

Bu şanlı komandirin və onunla birlikdə şəhid olmuş digər komandirlərin və onun vəfalı və cəsur silahdaşlarının şəhadəti bir daha sionist rejimin terrorçu mahiyyətini və İslam İnqilabı rəhbərləri qarşısındakı qorxusunu ortaya qoydu. Şübhəsiz ki, bu vəhşi hücum İran xalqının və İnqilab Keşikçiləri Korpusunun müəyyən etdiyi yolda heç bir fasilə yaratmayacaq; əksinə, onların şəhidlərin yolu ilə getmək və sərt intiqam almaq əzmini daha da gücləndirəcək.

İslam İnqilab Keşikçiləri və digər silahlı qüvvələr bütün ölkə ərazisində tam təhlükəsizlik və əməliyyat nəzarətinə malikdir. Bu kontekstdə əziz İran xalqından sakitliyini qoruması, düşmənlərin apardığı psixoloji müharibəyə və onların daxildəki genişlənməsinə məhəl qoymaması, hər zaman olduğu kimi birlik, şüur və səbirlə İnqilab Keşikçiləri ilə həmrəylik nümayiş etdirməsi xahiş olunur.

Sionist rejim və onun regional və qlobal havadarları, şübhəsiz ki, layiqli vaxt və məkanda layiq olduqları qəti cavabı alacaqlar. Şəhid Hacızadə və silahdaşlarının yolu “Doğru vəd 1 və 2” əməliyyatlarını xatırladan mübarizələri ilə bu torpaqların tarixində daha güclü şəkildə davam etdiriləcəkdir.

Bu yaradıcı, sədaqətli və strateji sərkərdənin şərəfli şəhadətini Həzrət Mehdiyə (ruhumuz ona fəda olsun), Ali Məqamlı Rəhbər və Ali Baş Komandan Ayətullah Xameneiyə (kölgəsi əbədi olsun), şəhidlərin dəyərli və səbirli ailələrinə, Əsir və Əsgər yoldaşlarına təqdim edirik. İran inqilabçı xalqını həm başsağlığı, həm də təbrik ərz edirik.

Xəbəri paylaş

VİDEOLAR