Qəzzada soyqırım törədən İsrailə qarşı böyük mübarizə aparan fələstinli cihadçılar işğalçıların qorxulu yuxusu olmaqda davam edir. Son əməliyyatlar Fələstin müqavimətinin əldə etdiyi hərbi potensialın yeni səviyyəsini üzə çıxarsa da, sionist İsrail ordusunun Qəzzada mövcudluğunun yox olmağa məhkum olduğunu da ortaya qoyub.
Az.rasthaber.com xəbər verir ki, Qəzzanın Cəbəliyyə bölgəsində Fələstin müqavimətinin xüsusi olaraq hazırladığı bubi tələsi Tel əl-Zatarda yerləşdirilmiş qatil İsrail hərbi birləşməsini tamamilə məhv edib. Əks texnologiyalı partlayıcı qurğuların partlaması nəticəsində sionist birlik ağır itkilərlə geri çəkilmək məcburiyyətində qalıb.
Səhər saatlarında Şücaiyyə bölgəsində həyata keçirilən digər əməliyyatda fələstinli snayperlər hədəflərini dəqiqliklə vurublar. Ağır yaralanan sionist İsrail əsgəri təcili vertolyotla təxliyə edilərək bölgədən çıxarılıb. Müqavimət qüvvələri bu anları xüsusi kameralarla lentə alıb.