İran Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini ABŞ-ın İranla dialoq prosesində ziddiyyətli mövqeləri barədə deyib: "Amerikalıların ziqzaqlı və ziddiyyətli mövqeləri danışıqlar atmosferini qarışdırır, belə ki, yəni heç kimdə əminlik yarana bilmir və ya bu məsələnin heç bir təsiri olmadığını deyə bilmir."
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İsrailin Qəzzaya qarşı artan zorakılığını kəskin şəkildə pisləyib və hərbi əməliyyatları dərhal və qəti şəkildə dayandırmağa çağırıb.
Pakistanın cənubunda “Frontier Corps (FC)” hərbiləşdirilmiş qruplaşmasına aid obyektin yaxınlığında bombalı hücum baş verib. Hücum nəticəsində ən azı 2 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.
Sionist İsrail ordusu Qəzza zolağının şimalında İndoneziya xəstəxanasının dağıdılmasına başlayıb. Binada ən azı 55 nəfərin sıxıldığı bildirilir.
Yəmənli yüksək səviyyəli mənbə Əl-Məyadin televiziyasına müsahibəsində vurğulayıb ki, işğal olunmuş ərazilərdəki Ben Qurion hava limanına uçuşları bərpa etməyi planlaşdıran aviaşirkətlər planlarını dəyişməli və Yəmən silahlı qüvvələrinin xəbərdarlıqlarına diqqətlə qulaq asmalıdırlar.