Pakistanın cənubunda “Frontier Corps (FC)” hərbiləşdirilmiş qruplaşmasına aid obyektin yaxınlığında bombalı hücum baş verib. Hücum nəticəsində ən azı 2 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Pakistan mətbuatında yer alan xəbərlərə görə, polis əyalətin Kila Abdullah rayonunda orduya bağlı “Cəbhə Korpusu (FC)” adlı yarımhərbi qruplaşmanın obyekti yaxınlığında törədilən bombalı hücumla bağlı açıqlama verib.
Açıqlamada avtomobilə yerləşdirilən partlayıcının partladığı və ilkin məlumata görə, 2 nəfərin həyatını itirdiyi, 11 nəfərin yaralandığı bildirilib.