Amerika qəzeti: HƏMAS Qəzzada öz mövqeyini bərpa etdi

Amerika qəzeti: HƏMAS Qəzzada öz mövqeyini bərpa etdi

Amerikanın “Wall Street Journal” qəzeti işğalçı İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən xəbər verib ki, Müqavimət qüvvələri, xüsusən də Həmas Qəzzada yenidən fəaliyyətə başlayıb.

 


Bu qəzet yüksək rütbəli İsrail təhlükəsizlik rəsmisinə istinadən xəbər verir ki, bu qruplar Qəzzanın müxtəlif bölgələrində yenidən bərpa olublar və bu, İsrail ordusunun Qəzzanın şərqində yerləşən “Əl-Şəhaiyyə” məhəlləsində əməliyyat başlatmasına səbəb olub.

Bu sionist rəsmi iddia edib ki, İsrail ordusu müqavimət qüvvələrinin öz tunelləri ilə işğal olunmuş torpaqlara daxil olacağından və sionist yaşayış məntəqələrini hədəfə ala biləcəyindən çox narahatdır.

 

Xəbəri paylaş

VİDEOLAR