Yəməndən xəbərdarlıq: İsrail iqtisadiyyatını daha ağır zərbə gözləyir

Yəməndən xəbərdarlıq: İsrail iqtisadiyyatını daha ağır zərbə gözləyir

Yəmənin Ənsarullah Hərəkatının media departamentinin rəis müavini deyib: “Raketlərin inkişafı davam edir və İsrail iqtisadiyyatını hədəf almağın yeni mərhələsi başlayır”.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının media departamentinin rəis müavini Nəsurəddin Əmir Əl-Cəzirə telekanalına müsahibəsində hərəkatın raketlərini inkişaf etdirdiyini və İsrail iqtisadiyyatına zərbə vurmağa yönəlmiş hücumların yeni mərhələsinin başlayacağını vurğulayıb.

Sionist rejim rəhbərlərinin Ənsarullahın hücumlarına qarşı durmaqda acizliyinə toxunan Əmir deyib:

"İsrail komandirləri həmişə məğlubiyyətə uğrayıblar və bizim raketlərimizi dayandıra bilmirlər.

İsrail ABŞ-ın təcrübəsindən öyrənməlidir. Sabitliyimiz və hücumların davam etdirilməsi artıq özlüyündə bir qələbədir”.

Digər tərəfdən, İsrail Yayım Korporasiyası da öz mənbələri vasitəsilə etiraf edib: “Husilərin Ben-Qurion hava limanına hücumu, raketlərin tutulmasına baxmayaraq, əhəmiyyətli iqtisadi ziyana səbəb olub”.

Eyni zamanda, Ənsarullahın Ben-Qurion hava limanına raket hücumundan sonra İsrail polisi Yəməndən atılan raketin Qüdsdəki məhəllələrdən birinə düşən fraqmentlərini araşdırdıqlarını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR