Yəmənin Müdafiə Nazirliyi sionist rejimə qarşı hücumlarının davam etməsinə işarə edərək, xarici şirkətlərə xəbərdarlıq edib ki, işğal olunmuş Fələstin ərazilərini tezliklə tərk etsinlər.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Müdafiə Nazirliyindəki məsul mənbə işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici investorlara və şirkətlərə ciddi xəbərdarlıq edərək elan edib: Mühitin təhlükəli olması səbəbindən bütün xarici şirkətlər və investorlardan işğal olunmuş Fələstin torpaqlarını tez bir zamanda tərk etmələri tələb olunur.
Müdafiə rəsmisi vurğulayıb: Bizim raketlərimiz çoxlu döyüş başlığı ilə dizayn edilib ki, onlar ələ keçirildiyi təqdirdə daha çox hədəfi vurmaq üçün bir neçə hissəyə bölünür və bu, sionist rejimin müdafiə sistemlərini təsirsiz edir.
O, bu hücumların ancaq Qəzzə zolağına qarşı təcavüzlərin sona çatması və mühasirənin tamamilə aradan qaldırılması ilə dayandırılacağını bildirərək əlavə edib: Bu şərtlər yerinə yetirilməyənə qədər sionist rejim Yəmənin raket hücumlarının hədəfi olaraq qalacaq.