UNRWA-nın Qəzzada sionistlərin vəhşilikləri ilə bağlı şok hesabatı

UNRWA-nın Qəzzada sionistlərin vəhşilikləri ilə bağlı şok hesabatı

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (URUWA) Qəzzə zolağı və işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı son həftəlik hesabatında təkcə martın 2-dən 13-dək 142.000-dən çox insanın məcburi köçkünə çevrildiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, hesabatda həmçinin qeyd olunub ki, təkcə martın 18-də Qəzzədə 180-dən çox uşaq öldürülüb və bu, son bir ildə fələstinli uşaqlar üçün ən ölümcül günlərdən biri olub. 

Bu xəbərə əsasən, sionist hərbçilər Qəzzəni tam mühasirəyə aldıqları martın 2-dən indiyədək bölgəyə heç bir humanitar yardım və avadanlıq daxil olmayıb. İndiyə qədər üç həftədən çox davam edən mühasirə 2023-cü ilin oktyabrında müharibənin əvvəlində ilkin mühasirədən daha uzun sürmüş və görünməmiş bir humanitar böhran yaratmışdır.

Xəbəri paylaş

VİDEOLAR