Suriyanın paytaxtı Dəməşqin cənubundakı Seyyidə Zeynəb bölgəsində Colani rejiminə bağlı terror qrupları Ələvilərə qarşı yeni həbs əməliyyatı keçirib.
Az.rasthaber.com xəbər verir ki, terrorçu ünsürlər xüsusi olaraq mülki Ələviləri hədəf alıb və bölgədəki yaşayış məntəqələrinə hücum edib, heç bir konkret ittiham irəli sürülmədən çoxlu gənci həbs ediblər.
Xatırladaq ki, terrorçu qrupların Suriyada hökmranlığı dövründə Ələvi icması təkcə həbs və işgəncələrlə deyil, həm də yerlərdə edam və qırğınlarla üzləşib.