Sionist nazir Rəfahda toplaşan etirazçılara hücum etməklə hədələyib

Sionist nazir Rəfahda toplaşan etirazçılara hücum etməklə hədələyib

Soyqırım törədən İsrailin qaniçən müdafiə naziri Yisrael Katz fələstinlilərə dəstək vermək üçün Qəzza ilə Misir arasındakı Rəfah sərhəd keçidinin Misir tərəfində toplanacaq beynəlxalq Məğrib Müqavimət Karvanı və Qlobal Qəzza Marşı etirazçılarına hücum etməklə hədələyib.

Az.rasthaber.com xəbər verir ki, soyqırım törədən İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada, Katzın İsrail ordusuna nümayişçilərin Misirdən Qəzzaya girməsinin qarşısını almaq üçün göstəriş verdiyi açıqlanıb.

Katz açıqlamasında, "Misir səlahiyyətlilərindən cihadçı etirazçıların Misir-İsrail sərhədinə gəlməsinin qarşısını almasını və onların təxribat törədərək Qəzzaya girməyə cəhd etmələrinə imkan verməməsini gözləyirəm", - deyə bildirib. O, onlarla ölkədən planlaşdırılan aksiyaya qatılacaq etirazçıları “cihadçı etirazçılar” adlandırıb.

Qatil İsrail ordusunun buna imkan verməyəcəyini bildirən Katz hücumla hədələyib və etirazçıların Misiri də təhlükə altına atdığını və bölgədəki "bütün mötədil ərəb rejimləri" üçün təhlükə yaratdığını müdafiə edib.

Xəbəri paylaş

VİDEOLAR