Sionist media: Səudiyyə Ərəbistanı İrana qarşı müharibədə İsraillə əməkdaşlıq edib

Sionist media: Səudiyyə Ərəbistanı İrana qarşı müharibədə İsraillə əməkdaşlıq edib

İsrail mediası Səudiyyə Ərəbistanının son on iki günlük müharibədə sionist rejimə qarşı hava hücumlarının dəf edilməsində rol oynadığını iddia edib və Ər-Riyad hələlik bu iddiaya cavab verməyib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin “Hayom” qəzeti Səudiyyə Hərbi Hava Qüvvələrinin münaqişə zamanı İraq və İordaniya daxil olmaqla regionun hava məkanında İrana məxsus pilotsuz təyyarələrin qarşısını almaq üçün helikopterlər göndərdiyini bildirib.

Bu iddiaya görə, bu pilotsuz təyyarələrin bəziləri işğal olunmuş ərazilərə doğru yoluna davam edə bilərdi, lakin hədəflərinə çatmamış ələ keçirilib.

İsrail Hayom həmçinin bildirib ki, İordaniya, ABŞ, Böyük Britaniya və Fransa kimi digər ölkələr də İranın pilotsuz təyyarələrinin ələ keçirilməsində sionist rejim ordusuna kömək ediblər.

Xəbəri paylaş

VİDEOLAR