Oktyabrın 7-dən etibarən sionist İsrail ordusu Qəzza zolağında 29 şorbaxana və 39 yardım paylama mərkəzini bombalayıb.
Az.rasthaber.com xəbər verir ki, hökumətin Qəzzadakı mətbuat ofisindən verilən açıqlamada, qatil İsrail ordusunun 77 gündür Qəzzada bütün sərhəd qapılarını bağlayaraq fələstinliləri aclıqdan məhrum etmə siyasətini davam etdirdiyi vurğulanıb.
Fələstin xalqına qarşı həyata keçirilən bu “sistemli aclıq” siyasəti çərçivəsində Qəzzanın mərkəzindəki Deyr əl-Bələhdə ərzaq yardımı anbarının bombalandığı, 5 nəfərin şəhid olduğu, çoxlu sayda insanın yaralandığı qeyd edilsə də hücumun nə vaxt baş verdiyinə dair məlumat verilməyib.
Bildirilib ki, son hücumla qida sektorunda vurulan yerlərin sayı 29 şorbaxana və 39 yardım paylama mərkəzi olmaqla 68-ə çatıb.
Açıqlamada bu cür hücumlarda yeməyə çatmağa çalışan yüzlərlə insanın şəhid olduğu, bu qanlı mənzərənin “soyqırım, blokada və aclıq” üzərində qurulan İsrailin əsl simasını ortaya çıxardığı vurğulanıb.
Bəyanatda deyilir ki, beynəlxalq ictimaiyyətin susması onun bir xalqın aclıqdan və bombardmanlardan ölməsinə şərik olması deməkdir.