Sionist İsrail atəşkəs əldə etdiyi Livana hücumlarını davam etdirir.
Az.rasthaber.com xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, qatil İsrail ordusu Nəbatiyyə şəhərinin şərqindəki Zevtar qəsəbəsini və Yəhmur çayı ətrafını hədəf alıb.
Litani çayı ətrafındakı Verdiyə qəsəbəsi, Cizzin bölgəsinin Mahmudiyyə qəsəbəsi və Nəbatiyyə şəhərinin Mərcaiyyun rayonundakı Deyr Serayan qəsəbəsi də İsrail döyüş təyyarələri tərəfindən bombalanıb.
Bekaa bölgəsinin qərbindəki Lazaya qəsəbəsinin də hədəf alındığı və hücumların zaman-zaman təkrarlandığı bildirilir.
Sionist İsrail ordusunun mövzu ilə bağlı verdiyi açıqlamada Livanın cənubunda Hizbullaha aid silah anbarları, hərbi strukturlar və "terror infrastrukturu"na qarşı kəşfiyyat məlumatlarına əsaslanan hava hücumu təşkil edildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, Hizbullahın bölgədəki fəaliyyəti və silaha sahib olması İsrail və Livan arasında atəşkəsin açıq şəkildə pozulmasını təşkil edir.
Sionist İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) paytaxt Beyrutun cənubundakı Halde bölgəsində bir avtomobili hədəf alan hücumunda 1 nəfər şəhid olub, 3 nəfər yaralanıb.
Soyqırım törədən İsrail ilə Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubuna havadan və qurudan hücumları demək olar ki, hər gün davam edir.
Atəşkəs qüvvəyə mindiyi vaxtdan sionist İsrail təxminən 3000 pozuntuya yol verib ki, bu zaman ən azı 213 nəfər şəhid olub, 508 nəfər yaralanıb.
Sionist İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi 5 strateji təpəni işğal etməkdə davam edir.