Sionist İsrail Cənubi Livandan çəkilir

Sionist İsrail Cənubi Livandan çəkilir

Livan ordusundan verilən yazılı açıqlamada ordunun işğalçı İsrail qüvvələrinin geri çəkildiyi ölkənin cənubundakı Aytarun qəsəbəsində mövqe tutduğu açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Livan ordusu qatil israillilərin ölkənin cənubundakı Aytarun qəsəbəsindən geri çəkildiyini və ordu hissələrinin orada yerləşdiyini açıqlayıb.

Livan ordusu verdiyi yazılı açıqlamada hərbi birləşmələrin "atəşkəs komitəsi ilə koordinasiyalı şəkildə Litani çayının cənubundakı Aytarun qəsəbəsinə yerləşdirildiyini" bildirib.

Açıqlamada soyqırım törədən İsrail ordusunun Marcayun rayonunun Rab Telatin və Adise qəsəbələrində evləri yandırması və Taybe qəsəbəsinə silahlı pilotsuz təyyarə hücumu təşkil etdiyinə diqqət çəkilib və vətəndaşları tələblərə əməl etməyə çağırışı təkrarlanıb. 

Bəyanatda həmçinin, "Livan ordusu Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq və Litaninin cənubundakı bölgələrdə lazımi tədbirləri almaq üçün işlərini davam etdirir". 

BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi İsraildən Mavi xəttin arxasına çəkilməsini və Livan ordusuna və Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) məxsus silah və hərbi texnika ilə bu xətt ilə Livandakı Litani çayı arasındakı ərazini demilitarizasiya etməyi tələb edir. 

Xəbəri paylaş

VİDEOLAR