Qəzza soyqırımı qurbanlarının sayı durmadan artır.
Az.rasthaber.com xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi İsrailin qətlə yetirdiyi dinc fələstinlilərlə bağlı yeni məlumatları açıqlayıb.
İsrail ordusu son 24 saat ərzində törətdiyi qətliamlarla daha 142 günahsız qəzzalını qətlə yetirib, həmçinin 487 nəfəri isə yaralayıb.
Beləliklə də, İsrailin 2023-cü il 7 oktyabrdan bəri qətlə yetirdiyi dinc Qəzza sakinlərinin sayı 57 012 nəfərə çatıb. Həmçinin 135 minə yaxın qəzzalı da yaralanıb.
Qeyd edək ki, İsrailin qətlə yetirdiyi sıravi fələstinlilərin böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Həmçinin İsrailin tətbiq etdiyi hərtərəfli mühasirə – havadan, sudan və qurudan blokada nəticəsində bölgədə humanitar fəlakət yaşanmaqdadır, insanlar ərzaq, su, yanacaq və dərman kimi həyati əhəmiyyətli resursların çatışmazlığını yaşayırlar, çox sayda dinc sakin, xüsusilə də uşaqlar aclıqdan dünyalarını dəyişirlər.
Ekspertlər hesab edirlər ki, soyqırımı nəticəsində həyatını itirən qəzzalıların sayı qat-qat çoxdur, çünki Qəzzanın Səhiyyə Nazirliyi yalnız aşkar edərək dəfn edə bildiyi cəsədlərin sayını hesablaya bilir.
Bundan başqa, İsrail zindanlarında isə 10,4 mindən çox fələstinli saxlanılır ki, onların da arasında yüzlərlə uşaq və qadın var.