Pezeşkiyan: İran və Azərbaycan iki bədəndə bir candır

Pezeşkiyan: İran və Azərbaycan iki bədəndə bir candır

İran və Azərbaycan xalqları arasında dərin tarixi, mədəni və dini bağlar bağlar.

Az.rasthaber.com “mehrnews“ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının prezidenti Məsud Pezeşkian Bakıya edəcəyi rəsmi səfərindən öncə edilən son hazırlıq iclasında bəyan edib.

İran və Azərbaycan eyni bədənin üzvləridir. Sərhədin iki tərəfindəki xalqlar minlərlə illik dostluğa əsaslanan güclü qarşılıqlı maraqlara sahibdir“, – deyə o qeyd edib.

İran Prezident Ofisinin siyasi köməkçisi keçirilən mətbuat konfransında Azərbaycan ilə olan mövcud əlaqələr və əməkdaşlıq sahələrinə dair ətraflı hesabatla çıxış edib. Ardınca iranlı nazirlər və rəsmilər öz sahələri ilə bağlı cari tərəfdaşlıq prosesi barədə və atılmış addımlar barədə məlumat veriblər.

Son zamanlarda iki ölkə arasında bəzi səhv anlaşılmaların və problemlərin həlli istiqamətindəki səylərin müsbət nəticələr verdiyini deyən Pezeşkian bildirib ki, “İran və Azərbaycan arasındakı əlaqələr çox geniş, dərin və çoxistiqamətlidir. Əgər normallaşma prosesi bu cür də davam edərsə, çox qısa vaxtda əməkdaşlığın daha da gücləndiyinin şahidi olacağıq“.

İran prezidenti Azərbaycana səfərinin nəticəsində ictimai və özəl sektor əməkdaşlığının, həmçinin iqtisadi, ticari, mədəni, turizm və siyasi sahələrdə də münasibətlərin daha da dərinləşməsi və sürətlənməsi ilə bağlı gözləntilərinin olduğunu ifadə edib.

Xəbəri paylaş

VİDEOLAR