Pezeşkiyan: Amerika ilə dialoqun əsası Ayətullah Xameneinin siyasətidir

Pezeşkiyan: Amerika ilə dialoqun əsası Ayətullah Xameneinin siyasətidir

İran Prezidenti İran və Amerika arasındakı dolayı dialoqlara toxunaraq dedi: Amerika ilə dialoqun əsasını İnqilab Rəhbərinin siyasətləri təşkil edir və biz zorbalığa boyun əyməyəcəyik, biz heç vaxt qəbul etməyəcəyik ki, biz tədqiqatlarımızı sıfıra endirək, sonra da sənaye, tibb və digər sahələrdə lazım olan nüvə materiallarını almaq üçün onların təsdiqini gözləyək.

Az.rasthaber.com xəbər verir ki, Məsud Pezeşkiyan İlam vilayətində çərşənbə axşamı günü axşam saatlarında keçirilən siyasi və ictimai fəallarla görüşündə İran və Amerika arasındakı dialoqlara toxunaraq dedi: Bizim Amerika ilə dialoqlarımızın əsası İnqilab Rəhbərinin siyasətləridir, lakin bu, bizim zorbalığa boyun əyəcəyimiz anlamında deyil, biz onların zor tətbiqini heç vaxt qəbul etməyəcəyik. Biz heç vaxt qəbul etməyəcəyik ki, tədqiqatlarımızı sıfıra endirək və sonra sənaye, tibb, kənd təsərrüfatı və digər elmlərdə lazım olan nüvə materiallarını əldə etmək üçün onların təsdiqini gözləyək. Kim deyib ki, bizə elmi araşdırma aparmağa icazə verilməməlidir? Onlar kimidirlər ki, bütün nüvə sənayemizi sıradan çıcarmaq üçün bizə nə isə desinlər?

O, heç vaxt nüvə bombası yaratmayacağımızı vurğulayaraq, "İnqilabın Rəhbəri nüvə bombası istehsal etməyəcəyimizi vurğuladı və bizim qəti siyasətimiz budur" dedi.

Prezident sionist rejimin cinayətlərinə toxunaraq əlavə edib: Vicdan sahibi olan heç bir insan bu cinayətləri qəbul etməz. Bunlar demokratiyadan, azadlıqdan, insan haqlarından danışan eyni adamlardır. Budurmu azadlıq, demokratiya və insan haqları?

Xəbəri paylaş

VİDEOLAR