Omanın xarici işlər naziri İran və ABŞ arasında danışıqların bərpasının zəruriliyini vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi Misirin xarici işlər naziri Bədr Əbdüləti ilə birgə mətbuat konfransı keçirərək, mövcud hadisələri dəyərləndirib.
Əl-Busaidi ölkəsinin Qəzza zolağında atəşkəsə nail olmaq üçün Misirin səylərini dəstəklədiyini təkrarlayıb və Qahirə hökumətinin səylərini təqdir edib.
Omanlı nazir həmçinin ABŞ və İran arasında regionda gərginliyin azaldılmasına töhfə verəcək danışıqların bərpasının zəruriliyini vurğulayıb.
Əl-Busaidi deyib: "Oman olaraq, regional və beynəlxalq böhranların dialoq və diplomatiya yolu ilə həlli üçün dinc səyləri dəstəkləyirik".
İranın xarici işlər naziri Abbas Eraqçi deyib ki, “İranın hələ Vaşinqtonla danışıqları bərpa etmək planı yoxdur”.