Yəmənin Ənsarullah Hərəkatı sionist İsrailə qarşı əməliyyata başlayıb. Yəməndən atılan raketlərə görə İsraildə sirenlər səslənib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsraildə axşam sükutunu yenidən siren səsləri pozdu. Ənsarullahın Yəməndə atdığı raket səbəbindən İsrailin müxtəlif bölgələrində sirenlər səslənib.
Kanal 12 televiziyasının məlumatına görə, İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanında uçuşlar qısa müddətə dayandırıldıqdan sonra bərpa edilib.
İsrailin Qəzzada atəşkəsi pozaraq intensiv hücumlarını bərpa etdikdən sonra Ənsarullah İsrailə 50-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) hücumu təşkil edib.