Ənsarullah lideri Qəzza xalqının sionistlərə qarşı müqavimətini yüksək qiymətləndirib

Ənsarullah lideri Qəzza xalqının sionistlərə qarşı müqavimətini yüksək qiymətləndirib

Ənsarullahın lideri Seyid Əbdülməlik əl-Husi Fələstin xalqına, xüsusilə də Qəzza mücahidlərinə ünvanladığı xüsusi mesajda onların sionist rejimin cinayətləri qarşısındakı səbr və müqavimətini yüksək qiymətləndirib və deyib: Qəzzə xalqı təkcə Ramazan ayında oruc tutmayıb, həm də cihad və işğalçılar qarşısında müqavimətə başucalığı qazandırıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi çıxışında Yəmən xalqını və İslam ümmətini mübarək Fitr bayramı münasibətilə təbrik edərkən, döyüş cəbhələrində, silahlı qüvvələrdə, təhlükəsizlik və rəsmi qurumlarda fəaliyyət göstərən yəmənli mücahidlərə təşəkkür edib və onların bu ölkənin müdafiəsindəki rolunu vurğulayıb.

Yəmən Ənsarullahının lideri müsəlmanlardan aclıq, qətl, dağıntı və köçkünlüklə üzləşən Qəzza və İordan çayının qərb sahilindəki Fələstin xalqının vəziyyətini unutmamalarını istəyib.

Ənsarullah lideri həmçinin Əl-Əqsa Məscidinə qarşı dəfələrlə hücumlar və Amerika və İsrailin Fələstin məsələsini məhv etmək səylərinə işarə edərək deyib: Müsəlmanlar bu fitnələr qarşısında öz məsuliyyətlərinə əməl etməlidirlər.

Xəbəri paylaş

VİDEOLAR