Makron İsrail üçün casusluq edən Fransa vətəndaşlarının həbsinə görə İranı hədələyib

Makron İsrail üçün casusluq edən Fransa vətəndaşlarının həbsinə görə İranı hədələyib

Fransa prezidenti Emmanuel Makron İrana qarşı ritorikasını sərtləşdirərək, Fransa vətəndaşlarının İranda “İsrailə casusluq” ittihamı ilə həbs olunmasına görə “cavab tədbirləri” görəcəklərini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Makron ittihamları “Fransaya qarşı təxribat”, “təhqir” və “qəbuledilməz aqressiv seçim” kimi qiymətləndirib. O, həmçinin “cavabın gecikməyəcəyini” deyib və yaxın vaxtlarda İran prezidenti Məsud Pezeşkianla məsələni müzakirə edəcəyini açıqlayıb.

Son illərdə Fransa-İran münasibətlərində xüsusilə bəzi Fransa vətəndaşlarının İranda təhlükəsizlik ittihamı ilə saxlanmasından sonra artan gərginlik müşahidə olunur.

Paris administrasiyası İranı öz vətəndaşlarından siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham etsə də, Tehran onların “əsl casusluq işləri” ilə məşğul olduğunu iddia edir.

İşğalçı sionist İsrail rejiminin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra bu ölkədə casusluq fəaliyyəti ilə məşğul olan çoxlu sayda insan saxlanılıb.

Xəbəri paylaş

VİDEOLAR