İstanbuldakı zəlzələdə 150-dən çox yaralanan olub - VİDEO

İstanbuldakı zəlzələdə 150-dən çox yaralanan olub - VİDEO

İstanbulda zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə İstanbul Valiliyindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, zəlzələ baş verdiyi an 151 nəfər özünü yüksəklikdən ataraq yaralanıb, onların müalicəsi davam edir, həyatları təhlükə altında deyil.

Bundan əlavə, şəhərin Fatih rayonunda tərk edilmiş bina uçub, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

İstanbulda məktəblərdə iki günlük tətil elan olunub, həmçinin azyaşlı uşaqları olan analara işə gəlməməlıəri üçünizin verilib.

Qeyd edək ki İstanbulda 6,2 maqnitudalı zəlzələ baş verib. 

Xəbəri paylaş

VİDEOLAR