İsrailli qatillərdən qorxunc etiraf: Qəzzada bir müsəlman belə sağ qalmamalıdır

İsrailli qatillərdən qorxunc etiraf: Qəzzada bir müsəlman belə sağ qalmamalıdır

İşğalçı İsrail ordusunun blokadada olan Qəzza zolağına qarşı soyqırımı davam edir. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam qarşısında böyük məğlubiyyətə uğrayan İsrail ordusu körpə, uşaq və qadınları qətlə yetirməklə əsrin insanlığa qarşı ən ağır cinayətlərini törədir.

Az.rasthaber.com xəbər verir ki, Beynəlxalq sistemin himayəsi altında Qərbdən gələn yüksək dağıdıcı raketlərlə Qəzzada ilişib qalan 2 milyon müdafiəsiz fələstinliyə qarşı etnik təmizləmə aparılarkən, İsraildə qərar vermə mexanizmlərinə təsir edən ifrat sağçı siyasətçilər öz çirkinliklərini ifşa etməyə davam edirlər.

Sionist və keçmiş deputat Moşe Zalman Feyqlin İsrailin ən çox baxılan xəbər proqramı N12-də "nasist" etirafları edib.

İsrailin sağçı Zehut (Kimlik) Partiyasının sədri və parlamentin keçmiş sədr müavini Feyqlin bildirib ki, məqsəd Qəzzada bütün müsəlmanları öldürməkdir:

Hitlerin dediyi kimi, “bir yəhudi qalsa, mən yaşaya bilmərəm”; Qəzzada bir islam-nazi (fələstinli) qalsa, biz burada yaşaya bilmərik”.

Xəbəri paylaş

VİDEOLAR