İsrailli nazir: Biz Qəzzada olan hər şeyi məhv etmək istəyirik

İsrailli nazir: Biz Qəzzada olan hər şeyi məhv etmək istəyirik

İsrail bütün Qəzza sektorunu işğal etmək və orada olan hər şeyi məhv etmək istəyir.

Az.rasthaber.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə İsrailin maliyyə naziri, həmçinin “Dini Sionizm” partiyasının sədri Betsalel Smotriç bildirib.

“Biz Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi durdura bilməz. Biz (oranı) işğal edirik və biz orada qalacağıq”, – deyə əlavə edib.

Qəzza əhalisinə gəlincə isə, o deyib ki, İsrail onları cənuba, orada da üçüncü ölkələrin ərazisinə köçməyə məcbur edəcək.

O, həmçinin əlavə edib ki, İsrailin tam blokadası altında olan Qəzza sektoruna humanitar yardımın çatdırılmasına da qarşıdır.

Xatırladaq ki, daha öncə İsrail baş naziri Binyamin Netanyahu da Qəzza sektorunu tam şəkildə işğal etmək planı haqda danışıb.

İsrail 2023-cü 7 oktyabrdan bəri Qəzza sektorunda 53 mindən çox günahsız fələstinli qətlə yetirib, 100 mindən çoxunu isə yaralayıb. Lakin real rəqəmlərin qat-qat çox olduğu ehtimal edilir. Həmçinin minlərlə qəzzalı isə itkin düşüb. Bundan başqa, İsrailin Qəzzaya qarşı tətbiq etdiyi hərtərəfli – havadan, qurudan, sudan blokadada (mühasirədə) saxladığı üçün bölgədə humanitar böhran və aclıq yaşanır, xəstəliklər yayılır; insanlar, xüsusilə də uşaqlar, körpələr aclıqdan dünyalarını dəyişirlər.

Xəbəri paylaş

VİDEOLAR