Sionist rejimin Qəzzaya hücumları nəticəsində bu gün səhər saatlarından indiyə kimi 42 nəfər şəhid olub. Xəstəxanadan verilən xəbərlərdə Qəzzə zolağında işləyən xəstəxanaların və uşaqların vəziyyətinin kritik olduğu bildirib.
Az.rasthaber.com xəbər verir ki, verilən məlumatlara əsasən, Qəzzadakı xəstəxanaların vəziyyəti yanacaq çatışmazlığı səbəbindən fəlakət həddindədir. İşğalçılar körpələr üçün süni qida daxil olmasına mane olurlar. Tibb işçiləri minimal imkanlarla fəaliyyət göstərirlər.
Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı da bəyanat verərək bildirib: Qəzza sakinləri şiddətli aclıqdan əziyyət çəkirlər. 500 min nəfər aclıq içindədir və insanlar bir torba un üçün həyatlarını riskə atırlar.
Həmin beynəlxalq qurumun bəyanatında deyilir: Mövcud məhdudiyyətlər səbəbilə Qəzza sakinlərinin ehtiyaclarını qarşılamaq imkanımız yoxdur.