İsrail Qəzzadakı xəstəxanalardakı elektrik generatorlarına qəsdən hücum edib

İsrail Qəzzadakı xəstəxanalardakı elektrik generatorlarına qəsdən hücum edib

Qəzzadakı Əl-Əqsa Şəhidləri Xəstəxanasının sözçüsü bildirib ki, İsrail rejimi Qəzza zolağındakı xəstəxanalardakı elektrik generatorlarını qəsdən hədəfə alır.

Az.rasthaber.com xəbər verir ki, Əl-Əqsa Şəhidləri Xəstəxanasının sözçüsü doktor Xəlil Əl-Dəqran deyib: İşğalçı rejim Qəzza zolağındakı səhiyyə sistemini sistemli şəkildə hədəfə alır.

 

O əlavə edib: İşğalçı rejim xəstəxanalardakı elektrik generatorlarını hədəfə alıb və üçdən çox generatoru məhv edib. Rejim həmçinin xəstəxana generatorlarının ehtiyat hissələrinin zolağa girişinə mane olur.

 

Əl-Dəqran dedi: Elektrik generatorlarını hədəf almaq xəstələr üçün ölüm hökmüdür. Xəstəxanaların müxtəlif şöbələri işıqsız öz işini davam etdirə bilmir və biz enerji istifadəsini elə idarə edirik ki, bütün şöbələrdə xidmət göstərə bilək.

 

O, vurğulayıb: Beynəlxalq ictimaiyyət Qəzza zolağında səhiyyə sistemini dəstəkləmək məqsədilə işğalçı rejimə təzyiq göstərərək məsələyə müdaxilə etməlidir.

 

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatına bağlı Dünya Qida Proqramı X kanalında verdiyi bir mesajda belə bir açıqlama verdi: Qəzzada humanitar vəziyyət sürətlə pisləşir və bu təşkilat sözügedən bölgədə yaşayan 2 milyon 200 min insanı ancaq 2 ay doyura bilər.

Xəbəri paylaş

VİDEOLAR