İsrail hücumları zamanı bu şəxslər həyatını itirib - VİDEO

İsrail hücumları zamanı bu şəxslər həyatını itirib - VİDEO

İran mediası İsrail hücumları zamanı həyatını itirən yüksək rütbəli komandir və şəxslrin adlarını açıqlayıb

Rasthaber Azərbaycan xəbər verir ki, bu gün səhər saatlarında Sionist rejim tərəfindən Tehranın bəzi bölgələrinə və ölkənin digər ərazilərinə təşkil olunan hava hücumları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Baş Komandanı general-leytenant Hüseyn Səlami və "Xatəmül-Ənbiyə" Mərkəzi Qərargahının komandanı general-leytenant Qulaməli Rəşid həyatlarını itiriblər.

Eyni zamanda, hücum nəticəsində Şəhid Bəheşti Universitetinin Nüvə Mühəndisliyi fakültəsinin dekanı, professor Dr. Əbdülhəmid Minuçəhr də şəhid olduğu bildirilir. Şahidlərin dediyinə görə, hadisə zamanı Tehranın bəzi hissələrində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və səma boşluğuna atılan zenit raketlərinin səsləri eşidilib.

Bəzi xəbər mənbələrinin verdiyi məlumata görə, Sionist rejim eyni zamanda tanınmış nüvə alimləri Dr. Məhəmmədrza Təhraçi və Dr. Fəridun Abbasiyə qarşı da terror aktı həyata keçirib.

Hazırda İran rəsmiləri hücumla bağlı rəsmi açıqlama verməyib, lakin ölkə mediasında yayılan məlumatlar hadisənin miqyasının və nəticələrinin olduqca ağır olduğunu göstərir. Hava hücumlarının əsas hədəfinin İranın nüvə və hərbi infrastrukturu olduğu ehtimal edilir.

Xəbəri paylaş

VİDEOLAR